“Neftçi” qapıları bağladı, “Qarabağ”lılar ora buraxılmadı - VİDEO+FOTOLAR

08:50 Hadisə 117
“Neftçi” qapıları bağladı, “Qarabağ”lılar ora buraxılmadı - VİDEO+FOTOLAR

Əvəzedicilər Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi-2” - “Qarabağ-2” matçında (2:0) maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri “Palm Sports Arena”nın IV ehtiyat meydançasında təşkil olunan oyuna buraxılmayıb.

Bu, son dövrlərdə azarkeşlər arasında yaşanan gərginlik səbəbindən atılan addımdır.

Hər iki klubun rəhbərliyinin ortaq qərarına əsasən, azarkeşlər arasında xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə müvəqqəti olaraq rəqibin fanat qruplarının stadiona buraxılmamasına dair razılıq əldə olunub.

Müvəqqəti xarakter daşıyan qərar Premyer Liqa matçlarına aid deyil.

Son günlər “Qarabağ” və “Neftçi” azarkeşləri arasında gərginlik artmaqdadır.

“Kəhər atlar” Çempionlar Liqasının pley-off mərhələsindəki “Nyukasl”la oyuna görə Premyer Liqanın 20-ci turu çərçivəsində fevralın 21-də keçirilməsi nəzərdə tutulan “Neftçi” ilə görüşün təxirə salınmasını istəyib.

Bakı təmsilçisi isə bundan imtina edib. Sonradan "Qarabağ" rəhbərliyinin aidiyyəti üzrə müraciət etməsindən sonra qarşılaşmanın təxirə salınacağı gözlənilir

Sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər.

Bu səbəbdən də “Neftçi” tərəfi əvəzedici heyətlərin matçına qonaq komandanın fanatlarını buraxmayıb.

İddialara görə, sözügedən qərara U-17 komandaları arasında baş tutan matçda yaşanan insidentlər səbəb olub.

Həmin oyunda “Qarabağ” fanatlarının oturacaqları sındırması və meydana pirotexniki vasitələr (fakel) atması görüntülərdə də öz əksini tapıb.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət