Perulu müdafiəçi özbaşınalıqda Elvinə “rəhmət oxutdu”

01:00 Hadisə 210
Perulu müdafiəçi özbaşınalıqda Elvinə “rəhmət oxutdu”

Peru millisinin və "Alianza Lima"nın müdafiəçisi Karlos Zambrano bir təqvim ili ərzində beynəlxalq klub turnirlərində ən çox qırmızı vərəqə alan futbolçu kimi tarixə düşüb.

Sportinfo.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, 36 yaşlı oyunçu 2025-ci il ərzində qitə miqyaslı turnirlərdə (ICC) 4 dəfə meydandan qovulub.

O, cari mövsümdə əvvəlcə "Libertadores Kuboku"nda iki dəfə, klubunun bu turnirdən kənarlaşmasından sonra isə Cənubi Amerika Kubokunda (Copa Sudamericana) daha iki dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Maraqlıdır ki, bu vərəqələr klubun keçirdiyi cəmi 6 beynəlxalq oyun ərzində qeydə alınıb.

Buna qədərki dünya rekordu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevə məxsus idi. Azərbaycanlı müdafiəçi 2024-cü ildə Avropa Liqası çərçivəsində keçirilən oyunlarda 3 dəfə qırmızı vərəqə alaraq bu siyahıya başçılıq edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!
7 Fevral 02:20 0:6 hesabı ilə uduzduq