"Qarabağ"ın qələbəsinə belə sevinən olmamışdı - VİDEO

17:40 Hadisə 155
"Qarabağ"ın qələbəsinə belə sevinən olmamışdı - VİDEO

«Qarabağ»ın «Ayntraxt» üzərində qazandığı tarixi qələbəyə aid sosial şəbəkələrdə yeni video yayılıb.

İki ortayaşlı şəxsin Bəhlul Mustafazadənin 90+4-cü dəqiqədə vurduğu qola necə sevinməsi «virtual dünya»nın izləyiciləri tərəfdən maraqla qarşılanıb.

Onların bu qolu çılğıncasına qeyd etməsi övladlarını da şoka salıb. Balacalar valideynlərinin atılıb-düşməsini və bir-birini qucaqlamasını heyrət içində izləyib.

Ağdam klubu bu qələbə sayəsində Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vurub. «Köhlən atlar» indi «pley-off»da mübarizə aparacaq. Burada isə rəqib «Nyukasl»dır.

İlk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti