Cənubi Azərbaycan təmsilçisi 10 turdan sonra uduzdu

03:20 Hadisə 55
Cənubi Azərbaycan təmsilçisi 10 turdan sonra uduzdu

İran çempionatında 20-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, “Traktor” səfərdə “Fəcr Sepası”nın qonağı olub.

Qarşılaşma Təbriz klubunun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. “Traktor”un heyətində yeganə qolu 41-ci dəqiqədə Amirhossein Hosseinzadeh vurub.

Bununla da Cənubi Azərbaycan təmsilçisi 10 turdan sonra meydanı xalsız tərk edib. Məğlubiyyətə baxmayaraq, “Traktor” topların daha yaxşı fərqinə görə liderliyini qoruyub.

Təbriz klubunun 20 turdan sonra 35 xalı var. Eyni xala malik “İstiqlal” ikinci, “Sepahan” isə 3-cü pillədə qərarlaşıb. 1 xal az toplayan “Persopolis” 4-cü, 33 xala malik “Qol Qohar” isə 5-ci pillədə qərarlaşıb.

Lakin hər iki komanda ilk üçlükdə qərarlaşan kollektivlərdən bir oyun az keçiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!