Əslən İngiltərənin Nyukasl şəhərindən olan qadın azarkeşin azərbaycanlı fanatlarla təsadüfən həmsöhbət olması internet məkanında maraqla qarşılanıb.
Sportinfo.aiz xəbər verir ki, Keti adlı qadın Liverpul şəhərinə “Qarabağ”a azarkeşlik etmək üçün gəldiyini söyləyib.
O qeyd edib ki, Azərbaycanın paytaxtı Bakıda yaşayır və dilimizi bir qədər bilir.
“Bakı çox gözəldir, mən Bakını sevirəm” - deyə Keti adlı azarkeş vurğulayıb.
Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda “Qarabağ” səfərdə “Liverpul”a 6:0 hesabı ilə məğlub olub. Məğlubiyyətə baxmayaraq “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb.
Püşkatma nəticəsində “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi digər İngiltərə klubu – “Nyukasl” olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq.

