22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalandı

9 İyul 2025 08:30 Hadisə 571
22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalandı

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olacaq “Hayduk” yeni transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, Split təmsilçisi heyətini Adrion Pajaziti ilə gücləndirib.

"Fulhem"lə müqaviləsi bitən 22 yaşlı yarımmüdafiəçi "Hayduk"la 4 illik müqavilə imzalayıb. Adrion yeni klubunda 4 nömrəli formada çıxış edəcək.

Albaniya yığmasının futbolçusu ötən mövsümü icarə əsasında "Qoritsa"da (Xorvatiya) keçirib. Adrion 23 oyunda 3 dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!