“Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfrans - FOTOLAR

07:20 Hadisə 84
“Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfrans - FOTOLAR

Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir.

Əvvəlcə iştirakçılar tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi ilə tanış olublar.

Sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərinin, Azərbaycan mətbuatı tarixində müstəsna yeri olan nəşrlərin, eyni zamanda, medianın inkişafında xüsusi önəm daşıyan hadisələrin əks olunduğu fotolar nümayiş etdirilir.

Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı media nümayəndələrinin xatirələrinin əks olunduğu videoyazı nümayiş etdirilib (qafqazinfo).















Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?