“Mən onda nə “qara işlər”lə məşğul olmuşam, nə də kiməsə kömək etmişəm”

8 İyul 2025 23:40 Hadisə 1 183
“Mən onda nə “qara işlər”lə məşğul olmuşam, nə də kiməsə kömək etmişəm”

“Birinci Liqada oynadığım dönəmdə nə “qara işlər”lə məşğul olmuşam, nə də kiməsə kömək etmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov deyib.

Vaxtilə Premyer Liqada “Karvan”, MOİK, “Bakı”, “Kəpəz” kimi komandaların şərəfini qorumuş, “Adanaspor”da legioner həyatı yaşamış müdafiəçi illər öncə bu sahədən birdəfəlik uzaq düşüb.

Adı danışılmış oyunlarda hallandığına görə AFFA-nın qərarı ilə futboldan ömürlük uzaqlaşdırılan keçmiş futbolçu ona qarşı yanlış qərar verildiyini bildirib:

“Mən sonucu dəfə Region Liqasında oynamışam. Halbuki o dönəmdə Region Liqası mərc kontorlarına daxil deyildi.

Birinci Liqada 6 ay futbol oynadım, uzaqlaşdım. Təsəvvür edin, “alver” söhbətləri 2016-cı ildə olub, məni 2019-cu ildə Region Liqasında oynayanda uzaqlaşdırdılar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi