"Araz-Naxçıvan"ın yunan rəqibi "Anderlext"ə uduzdu

03:00 Hadisə 90
"Araz-Naxçıvan"ın yunan rəqibi "Anderlext"ə uduzdu

"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Yunanıstan klubu Belçika "Anderlext"i ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

"Aris" ilk yoxlama matçında Şotlandiya "Livinqston"una da uduzub - 1:3.

"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti