
Peşəkar Futbol Liqası AFFA-nın inzibati binasını tərk edib.
2008-ci ildə yarandığı gündən Nobel prospektində məskunlaşan qurum artıq yeni ünvanda fəaliyyətə başlayıb.
PFL rəhbərliyi Əhməd Rəcəbli küçəsində yerləşən binada bir mərtəbəni icarəyə götürüb ki, əməkdaşlar hazırda həmin məkanda çalışmaqla yanaşı, təmir işlərinin yekunlaşmasını gözləyir.
Ayrılığın dəqiq səbəbi barədə dəqiq məlumatımız yoxdur. Bunun AFFA-nın yeni rəhbərliyindən qaynaqlanması gün kimi aydındır.
Ehtimal olunur ki, AFFA-da yeni departamentlərin yaradılması, bununla da kadr sayının çoxalması nəticəsində PFL əməkdaşlarının 2-ci mərtəbəni boşaltmaq göstərişi verilib.
Bununla yanaşı, iki qurumun eyni binanın içində ortaq dil tapa bilməməsi və münasibətlərin korlanması ehtimalı da yox deyil.
Mövzuya qayıdacağıq.
HƏBİB / SPORTİNFO.AZ