İLK DƏFƏ: Ermənistan üzərində qələbədə ona kim köməklik göstərib? - VİDEO

5 İyul 20:00 Hadisə 261
İLK DƏFƏ: Ermənistan üzərində qələbədə ona kim köməklik göstərib? - VİDEO

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi Arif Əsədov «11 adam» podkastının qonağı olub.

O, burada Kənan Məstəliyev və Anar Xanlarovun suallarını cavablandırıb.

Müsahib həm futbolçu, həm də məşqçi karyerası ilə bağlı danışıb, maraqlı etiraflar edib. Tanınmış mütəxəssisin ən diqqətçəkən açıqlamalarından biri U-19-da çalışdığı dövrə aid olub.

Belə ki, komandamız 2006-cı ildə Avropa çempionatının seçmə mərhələsində mübarizə aparıb. Millimiz həmin vaxt Ermənistan, Kipr və Macarıstanla eyni qrupa düşüb.

Əsədov bildirib ki, məşqçi kimi ilk böyük təcrübəni Kiprdə keçib.

Ermənilər üzərində qazanılan 2:1 hesablı qələbəyə xüsusi vurğu yapan çalışdırıcı qeyd edib ki, ogünlərdə böyük psixoloji təzyiqlə üz-üzə qalıb.

Əsədov ad çəkərək deyib ki, ona yalnız «Sportinfo»nun təsisçisi İlkin Vaqifoğlu köməklik göstərib. Məşqçi ermənilərlə bağlı informasyiaları İ.Vaqifoğludan aldığını diqqətə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda