Azərbaycan yığmasının baş məşqçisi iki qardaşla vida mərasimində - FOTOLAR

5 İyul 2025 17:20 Hadisə 755
Azərbaycan yığmasının baş məşqçisi iki qardaşla vida mərasimində - FOTOLAR

Avtomobil qəzasında dünyasını dəyişən Dioqo Jota və qardaşı Andre Silva ilə vida mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının portuqaliyalı baş məşqçisi Fernandu Santuş da iştirak edib.

Qondomarda təşkil olunan tədbirin iştirakçıları arasında Portuqaliya prezident Marselu Rebelu di Souza, Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa, "Portu"nun prezidenti Andre Villaş-Boaş, Jotanın meneceri Jorje Mendeş də olublar.

Mərasimdə "Liverpul"dan komanda yoldaşları Fabinyo və Tyaqo Alkantara, Portuqaliya yığmasından isə Bernardu Silva, Ruben Neveş, Dioqo Dalot, Andre Silva və Joze Fonte kimi futbolçular son dəfə Dioqo ilə vidalaşıblar.

Jota və qardaşı sabah onların böyüdüyü Qondomardakı qəbirstanlıqda dəfn olunacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi