"Onun və qardaşının ölüm xəbəri ürəyimi parçaladı”

4 İyul 2025 18:20 Hadisə 629
"Onun və qardaşının ölüm xəbəri ürəyimi parçaladı”

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp İngiltərə klubunun hücumçusu Dioqo Jotanın, eləcə də onun 25 yaşlı kiçik qardaşı, “Penafiel”in futbolçusu Andre Silvanın İspaniyada avtomobil qəzasında vəfat etməsi ilə bağlı paylaşım edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu xəbərə çox məyus olduğunu bildirib:

“Bu, özümü çətin hiss etdiyim bir andır. Daha böyük məqsəd olmalıdır! Amma mən görmürəm!

Jotanın və qardaşı Silvanın ölüm xəbəri ürəyimi parçaladı. Bütün düşüncələrim, dualarım, gücüm, ailəm və övladlarımla, başsağlığı diləyirəm!”

Jotanın 28 yaşı var idi. O, 2020-ci ilin sentyabrında, Kloppun “qırmızılar”a rəhbərlik etdiyi vaxtda “Vulverhempton”dan bu kluba keçmişdi.

Portuqaliyalı futbolçu komanda ilə iki dəfə Premyer Liqanın, İngiltərə kuboku və Liqa kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi