Yoxlama oyununda şotlandlara uduzdu - "Araz-Naxçıvan"ın rəqibi

4 İyul 2025 08:50 Hadisə 1 441
Yoxlama oyununda şotlandlara uduzdu - "Araz-Naxçıvan"ın rəqibi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstan "Aris"i Niderlandakı təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib Şotlandiya "Livinqston"u olub.

Rotterdam şəhərindəki "Zvaluven" stadionunda təşkil olunmuş görüş "Livinqson"un qələbəsi ilə yekunlaşıb - 3:1.

"Aris" iyulun 5-də Belçikada "Anderlext"lə, iyulun 9-da "Vissel Sportpark"da AZ ilə üz-üzə gələcək.

"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi