İki həftə əvvəl toyu olan ulduz futbolçu qəzada öldü - FOTOLAR

3 İyul 2025 15:20 Hadisə 717
İki həftə əvvəl toyu olan ulduz futbolçu qəzada öldü - FOTOLAR

“Liverpul”un ulduzu Dioqo Jota avtomobil qəzasında həyatını itirib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

28 yaşlı portuqal oyunçu İspaniyanın Zamora bölgəsində qəzaya uğrayıb. O, hadisə yerində vəfat edib.

D.Jota avtomobildə tək olmayıb. Onun qardaşı, Portuqaliya klubu “Penafiel”də çıxş edən Andre Silva da avtomobildə olub.

Yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq alovlanıb.

Mətbuatın yazdığına görə, Jotanın qardaşı da qəzada həlak olub.

Dioqo Jota 2 həftə əvvəl evlənmişdi. Onun 3 övladı var.

Jota daha çox “Liverpul”dakı çıxışları ilə tanınır. Bu klubla o, İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa kubokunu qazanıb.

Dieqo 2020-ci ildən Mersisayd təmsilçisində çıxış edirdi.

Portuqaliyalı futbolçu əvvəllər “Vulverhempton”, “Atletiko”, “Portu” və “Paços de Ferreyra” klubunun şərəfini qoruyub.D.Jota Portuqaliya millisinin heyətində 49 oyuna çıxıb və 14 qola imza atıb.




Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi