Avrokubok təmsilçimizdə kütləvi dəyişikliklər – Xəbəriniz olsun!

2 İyul 2025 23:00 Hadisə 1 381
Avrokubok təmsilçimizdə kütləvi dəyişikliklər – Xəbəriniz olsun!

“Zirə”nin bir neçə futbolçusu növbəti mövsüm öncəsi dəyişiklik etmək qərarına gəlib.

Bu, nə hansısa mövqe ilə bağlıdır, nə xarici görkəmlə, nə də geyim tərzi ilə.

Söhbət kürəklərində daşıdıqları nömrələrdən gedir.

Beləliklə, yeni “futbol ili”ndə Davit Volkov 90 yox, 9 nömrəli forma ilə mübarizə aparacaq. Junior Martins “18”i “11”ə, İsa Cibriyla “70”i “20”yə dəyişməyi vacib bilib.

Hər nə qədər maraqlı olsa da, Stefan Aka “5”dən imtina edərək “26”nı seçib.

“Qarabağ”la yoldaşlıq görüşlərində sözügedən futbolçular məhz bu nömrələrlə görüntülənib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi