O, “Neftçi”ni “topa tutdu” - OLAY!

2 İyul 16:40 Hadisə 959
O, “Neftçi”ni “topa tutdu” - OLAY!

Mərhum azərbaycanlı hakim Tofiq Bəhramovun 100 illik xatrirəsinə həsr olunmuş turnir davam edir.

Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşəbbüsü, “Topaz”ın maliyyə dəstəyi ilə keçirilən yarışın 1/4 final görüşləri baş tutub.

İyunun 29-da meydana ilk ayaq basan komandalar Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyası ilə Buzovnanın “Xəzri” komandaları olub.

Akademiyanın müəllim heyətinin cəmləndiyi komanda ilk dəqiqələrdən böyük üstünlük nümayiş etdirməklə hesabda önə çıxıb və sona qədər diqtə edib. Nəticədə ADBTİA meydanı 7:3 hesablı qələbə ilə tərk etməklə adını yarımfinalçılar sırasına yazdırıb.

Günün ən maraqlı qarşılaşmasında “Neftçi” PFK ilə “Ref Team” üz-üzə gəlib. “Ağ-qaralar”ın heyətində “Qarabağ”ın keçmiş üzvü Emin Mustafayevin təcrübəsinə böyük inam bəslənsə də, fiziki cəhətdən daha hazırlıqlı olan Premyer Liqa hakimləri rəqibinə aman verməyib.

Referilərin heyətində sabiq futbolçular – Əli Əliyev, Kamranbəy Rəhimov, İnqilab Məmmədovun ustalığı, Əliyar Ağayevin het-triki matçın müqəddaratını həll edib – 9:2.

“Kiber”lə “The Same”in mübarizəsində bu dəfə futzal hakimləri şou göstərib. İkincilər heyətində elitada hakimi Rauf Cabbarovun da yer aldığı “Kiber”i sözün əsl mənasında meydana çıxmağa peşman edib. “The Same”in vurduğu 10 qolun qarşılığını “Kiber” 1 qolla verib.

Sonuncu dueldə “Media Star”ın rəqibi “Veteran futbolçular” idi. Keçmiş top ustaları onsuz da matçın favoriti göstərilirdi. Jurnalistlərin oyuna kasad heyətlə gəlməsi də əlavə çətinlik yaradıb. Veteranlar qələm əhlinin qapısını “top atəşi”nə tutmaqla hələ də qocalmadıqlarını göstərməyə çalışıblar – 12:5.

Beləliklə, yarımfinalda “Ref Team” – ADBTİA, “Veteran hakimlər” – “The Same” görüşləri reallaşacaq.

Lakin bir məsələ var. “Veteran futbolçular”ın heyətində meydana çıxan Xaqani Məmmədovun ötən mövsüm peşəkar liqada oynamasına dair şübhələr yaranıb.

Hazırda bu yöndə araşdırma gedir. Fakt sübuta yetirilsə, “Veteran hakimlər”ə texniki məğlubiyyət veriləcək, yarımfinalda “The Same” və “Media Star” üz-üzə gələcəklər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi