AFFA-nın koordinatoru İsveçdə

2 İyul 2025 03:30 Hadisə 726
AFFA-nın koordinatoru İsveçdə

AFFA-nın Yarışların Təşkili Departamentinin azarkeşlərlə iş üzrə koordinatoru Yusif Abdullayev İsveçin Malmö şəhərində keçirilən Avropa Futbol Azarkeşləri Konqresi-2025 (EFFC) tədbirində iştirak edib.

Sportinfo.az xəbər verir ki, tədbirə müxtəlif ölkələrindən olan azarkeş, federasiya və klub nümayəndələri, eləcə də, digər maraqlı tərəflər qatılıblar.

Azarkeş mədəniyyətinin gələcəyi, inklüzivlik, təhlükəsizlik və azarkeşlərin qərarvermədə rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin tərkibində fiziki qüsurlu futbol azarkeşi Babək Ağalarov da yer alıb. O, əlil azarkeşlər üçün stadionların əlçatanlığı, inklüziv infrastruktur və hüquqlarla bağlı keçirilən sessiyalarda fəal iştirak edərək, təcrübəsini bölüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi