Daha üç oyunçu ilə vidalaşdılar - Azərbaycan klubunun yeni tanışı

2 İyul 2025 03:00 Hadisə 812
Daha üç oyunçu ilə vidalaşdılar - Azərbaycan klubunun yeni tanışı

Konfrans Liqasında “Zirə”nin rəqibi olan “Hayduk” daha üç futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub icarə müddəti başa çatan hücumçular - Stipe Buik, Yan Mlakar və Nazari Rusinlə vidalaşıb.

"Hayduk" daha əvvəl qapıçısı Lovre Kaliniçin müddəti bitən sözləşməsini yeniləməyib.

"Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq.

Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi