Xorvatiyalı qapıçını "Hayduk"un əlindən aldı - “Araz”ın yeni tanışı

1 İyul 2025 08:50 Hadisə 843
Xorvatiyalı qapıçını "Hayduk"un əlindən aldı - “Araz”ın yeni tanışı

Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq Yunanıstan “Aris”i xorvatiyalı qapıçı transfer edib.

Sportinfo.az xəbər verir ki, Saloniki komandası Xorvatiya təmsilçisi “Hayduk”un hədəfində olan qolkiper Lovro Maykiçlə anlaşıb.

“İstra”nın qapıçısı artıq bir müddətdir Salonikidədir. Bu gün orada tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.

Yunanıstan təmsilçisi Maykiç üçün “İstra” klubuna 200 min avro məbləğində təzminat ödəyəcək. Bu, futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinə uyğundur.

Lovro Maykiç “İstra”nın sabiq baş məşqçisi, uruqvaylı Qonsalo Qarsiyanın sevimli futbolçusu olub.

Qarsiya daha sonra “İstra”nı tərk edərək “Hayduk”un baş məşqçisi olarkən Maykiçi özü ilə Splitə aparmaq istəyib, lakin bu transfer baş tutmayıb. İndi isə “Hayduk”da qapıçı problemi yaşanır.

"Aris" "Araz-Naxçıvan"la ilk oyununu iyulun 24-də Bakıda, cavab görüşünü iyulun 31-də Salonikidə keçirəcək.

"Hayduk" isə Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq. İlk matç iyulun 23-də Bakıda, cavab qarşılaşması iyulun 31-də Splitdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!