Öncə "Zirə", sonra UEFA... Avrokuboklardan uzaqlaşdırıldılar

1 İyul 2025 08:40 Hadisə 1 877
Öncə "Zirə", sonra UEFA... Avrokuboklardan uzaqlaşdırıldılar

UEFA Slovakiyanın "DAK 1904" və İrlandiyanın "Drogeda Yunayted" klublarınının avrokuboklarda iştirakına icazə verməyib.

Sportinfo.az xəbər verir ki, səbəb hər iki komandanın UEFA-nın Klublara Maliyyə Nəzarəti Şöbəsi (CFCB) yoxlamasından keçə bilməməsidir.

Sözügedən klubların sahiblərinin başqa ölkələrdə də komandaları mövcuddur. "DAK 1904"ün sahibi olan Oskar Vilaqa Macarıstan təmsilçisi "Dyor"un da rəhbəridir.

"Drogeda Yunayted" isə Danimarkanın "Silkeborq" klubuna görə bu aqibətlə üzləşib.

Slovakiya təmsilçisi"DAK 1904" ötən mövsüm Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi