"Everton"un qapıçısı ilə anlaşdı - 2027-ci ilin yayına kimi

08:20 Hadisə 92
"Everton"un qapıçısı ilə anlaşdı - 2027-ci ilin yayına kimi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətinə yeni qapıçı cəlb edib.

Sportinfo.az xəbər verir ki, Sloveniya təmsilçisi "Everton"la müqaviləsi başa çatan Jan-Lyuk Lebanla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sloveniyalı "əlcək sahibi" ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Sabah" ”Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 1 həftə sonra Sloveniyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti