Azərbaycan klubunun formasını alan ulduz - VİDEO+FOTO

23 Mart 2025 03:30 Hadisə 850
Azərbaycan klubunun formasını alan ulduz - VİDEO+FOTO

“Zirə”nin müdafiəçisi Ange Mutsinzi "Qalatasaray"ın ulduzu Viktor Osimhenə klubun formasını hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, Ruanda millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsində dünən Nigeriyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra rəqib futbolçusu ilə görüşüb.

Mutsinzi Viktor Osimhenə "Zirə"nin, "Qalatasaray"da çıxış edən rəqibi isə ona İstanbul klubunun formasını verib.

Osimhenin dublu ilə Nigeriyanın qalib gəldiyi matçda Mutsinzi start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

"Səbail"in hücumçusu İnnosent Nşuti isə Ruanda millisinin heyətində 82-ci dəqiqədə meydana daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi