“Bağışla, mənim arvadım var” - VİDEO+FOTOLAR

19 Yanvar 2025 04:00 Hadisə 883
“Bağışla, mənim arvadım var” - VİDEO+FOTOLAR

Serbiyalı məşhur tennisçi Novak Cokoviç zarafatı ilə gündəmə gəlib.

Sportinfo.az “Fox Sport”a istinadən xəbər verir ki, o, Avstraliya Açıq çempionatının 3-cü turunda çexiyalı Tomas Maçacı məğlub (6:1, 6:4, 6:4) etdikdən sonra müsahibə zamanı azarkeşlə zarafat edib.

Oyundan sonra meydançada müsahibə zamanı Cokoviçin şərhləri tribunadan qışqıran azarkeş tərəfindən kəsilib.

“Bağışla, dostum, mənim arvadım var. Amma içə bilərik. Bəlkə də artıq içmisiniz”, - deyə Cokoviç izdihamı güldürərək fanatına cavab verib.

Avstraliya Açıq çempionatının növbəti mərhələsində Cokoviç çexiyalı Jiri Leqeçka ilə qarşılaşacaq.

Sözügedən görüntüləri təqdim edirik:


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR