"Qarabağ"ın yolunu gözlədiyi rəqib Kiyev "Dinamo"suna uduzdu

14 Yanvar 02:10 Hadisə 462
"Qarabağ"ın yolunu gözlədiyi rəqib Kiyev "Dinamo"suna uduzdu

Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan "FCSB" Antalyada (Türkiyə) qış təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ruməniya klubu Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Oyun Ukrayna təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1. Buxarestlilərin qolunu David Miçulesku (73) vurub, "Dinamo"da isə Vitali Buyalskiy (20 və 27) dubl edib.

Yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək “Qarabağ” – "FCSB" oyunu saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə