Müsahibə üçün 30 min avro istədi - Bir əli cibində məşhurlaşan

12 Yanvar 2025 01:30 Hadisə 780
Müsahibə üçün 30 min avro istədi -  Bir əli cibində məşhurlaşan

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yusuf Dikeç müsahibə üçün məbləğ müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, Yusuf Dikeç ondan müsahibə almaq istəyən L'equipe nəşrinə vəkili vasitəsilə mesaj göndərib.

L'équipe-nin xəbərinə görə, Dikeç göndərdiyi cavabda müsahibənin maksimum 30 dəqiqə ola biləcəyini və 1 milyon lirə, yəni 30 min avro istədiyini bildirib.

Dikeç Paris-2024 Olimpiadasında qulaqlıq taxmadan səhnəyə çıxaraq, atışını bir əli cibində həyata keçirməsi ilə dünyada gündəm olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!