COP29

Birinci liqa komandasının bütün oyunçularını müharibəyə aparırlar

13 Noyabr 04:00 Hadisə 1 872
Birinci liqa komandasının bütün oyunçularını müharibəyə aparırlar

"SC Poltava" komandasının bütün üzvləri Ukrayna Birinci Liqasının 15-ci turunun “Kudrovka-Niva” ilə oyununa gedərkən hərbi komissarlığa aparılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist İqor Burbas məlumat verib.

“Keçən həftə sonu "Kudrovka" ilə ev oyununa gedən "Poltava" komandasının avtobusunu hərbçilər saxlayıb, komanda daha sonra MTK-ya (Red - Ərazi Çağırış Mərkəzi - Ukraynada hərbi komissarlıq belə adlanır.) aparılıb.

Deyilənə görə, hamıya çağırış vərəqələri verilib”, - deyə Burbas bildirib.

Jurnalistin sözlərinə görə, çağırış vərəqəsi verildikdən sonra futbolçular oyuna buraxılıb və sonda 1:2 hesabı ilə uduzublar.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi