COP29

Azərbaycanlı hücumçu "Nyukasl" ilə anlaşan tanışına zəng vurdu

7 Noyabr 02:30 Hadisə 399
Azərbaycanlı hücumçu "Nyukasl" ilə anlaşan tanışına zəng vurdu

Ötən həftə "Nyukasl" “Dinamo”nun (Tbilisi) hücumçusu Vaxtanq Saliyanı transfer etdi.

SportİNFO.az xəbər verir ki, 17 yaşlı forvard 2025-ci ilin avqustunda, 18 yaşı tamam olanda İngiltərə klubuna qoşulacaq.

Vaxtanq yaya qədər Gürcüstan klubunda qalacaq. “Dinamo”nun əvəzedici heyətinin aparıcı üzvü, əsas komandanın məşqlərinə çıxan azərbaycanlı hücumçu Yusuf Mehtiyev Saliya haqda danışıb.

Sportal.az-a açıqlama verən Yusuf “Nyukasl”a keçən komanda yoldaşı haqda bunları deyib:

"Vaxtanqı yaxından tanıyıram, yaxşı oğlandır. Keçən il onunla U-19 komandasında birlikdə oynamışıq, millidə də bərabər olmuşuq.

Çox perspektivli və inkişaf etmiş oyunçudur. "Nyukasl"a keçidinə görə çox sevindim. Allah qoysa, oradan daha irəli gedə bilər.

Onun özünü də təbrik etdim. Təbii ki, buradan Avropaya, güclü klublara keçid mümkündür.

Əlbəttə, mənim hədəfim Avropada böyük klublarda oynamaqdır. Bunun üçün hər şey edəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər