COP29

“Çelsi” ilə oyunda geyindiyi “Qarabağ” formasını aparıcıya hədiyyə etdi - FOTO

22 İyun 20:00 Hadisə 1 015
“Çelsi” ilə oyunda geyindiyi “Qarabağ” formasını aparıcıya hədiyyə etdi - FOTO

Azərbaycan millisinin sabiq üzvü Elvin Yunuszadə şou proqramda qonaq olub.

Müdafiəçi “Atv” telekanalında yayımlanan “El canlı” verilişinə dəvət alıb.

Elvin studiyaya əliboş gəlməyib. O, proqramın aparıcısı Elcan Rəsulova 2017-ci ildə “Qarabağ”ın heyətində “Çelsi”yə qarşı oyunda geyindiyi formanı gətirib.

Tanınmış aktyor hədiyyəni böyük məmnuniyyətlə qəbul edib.

Yunuszadə studiyada olduğu saatyarım ərzində karyerası ərzində başına gələn maraqlı hadisələri nəql edib, ad günündə vurduğu avtoqoldan, əsəbi halda qapının şüşələrini sındırmasından, xarici ölkədən aldığı dəvətdən danışıb.

Maraq üçün bildirək ki, 31 yaşlı futbolçunun sonuncu iş yeri I Liqadan uzaqlaşdırılan “İrəvan” olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu