Qarabağ şəhidi - Dəfn olunmuşdu, 30 il sonra kimliyi bilindi... FOTOLAR

24 May 2024 12:10 Hadisə 592
Qarabağ şəhidi - Dəfn olunmuşdu, 30 il sonra kimliyi bilindi... FOTOLAR

Birinci Qarabağ müharibəsinin daha bir şəhidi dəfn edilib.

I Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət ötən gün Tərtərdə torpağa tapşırılıb.

Şəhərdəki Şəhidlər abidə kompleksində şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Ədalət Əliyev I Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.

1994-cü ilin fevralında Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu. O, naməlum şəhid kimi Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.

Fotolar: Nursəfa Mustafa






Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”