COP29

"Futbol əməliyyatı"

19 Aprel 01:00 Hadisə 542
"Futbol əməliyyatı"

Ali Tunç adlı türk yazarının "Futbol əməliyyatı" adlı məqaləsini sizə təqdim edirik.

"Futbolu dünyaya soxuşduran ingilislər olub, hamınız bilirsiniz. İngiltərədə hakimlər kraliçanın adına fit çalardılar. Ona görə də futbol şəkk-şübhəsiz zadəganların zövq alıb əylənməsi üçün var.

İngiltərədə “Müstəmləkə Nazirliyi”nin müsəlmanlar üçün hazırladığı hesabatda belə yazılırdı.

“Siyasi partiyalar və idman klublarının çoxalmasını təmin edəcəyik. Partiyaları və klubları bir-birinə düşmən edəcəyik. Bir-biriləri ilə əlləşməkdən din və tarixlərini öyrənməyə vaxtları olmayacaq”.

Futbolla yatıb futbolla duran gənclər buna bir nümunədir. Onlara Amerika kimi imperiyalist güclər zad maraqlı deyil. Bir ingilis azarkesi ispan azarkeşilə düşməndir, bir italyan azarkeşi bir fransız. Ya da yüzlərlə, minlərlə, milyonlarla.

Futbol müasir dövrün ən güclü narkotikidir. Çoxumuzun enerjisini futbol oyunları əmir. Evdə, stadionda, mərc oyunları salonlarında.

Qədim Romadakı nəhəng arenaları yadınıza salın. Qladiatorlar arenada bir-biriləri ilə və heyvanlarla döyüşdürülürdü. Xalq da dırnağını dişiylə didə-diə izləyirdi bu döyüşləri. Xalq həyəcanlanırdı, əylənirdi, kral isə qurduğu sistemə üsyan etməsin deyə daha çox arena tikdirib, daha çox yarışlar təşkil edib xalqın canındakı üsyanı arenalara tökdürürdü. Hətta elə olurdu ki, Roma kralı ayda bir-iki dəfə təşkil etdirdiyi bu yarışları ilboyu hər gün keçirtmək qərarını alırdı. Minlərlə insan arenada döyüşüb ölür və ləzzətlə izlənilirdi. Bu gün o arenaları futbol stadionları əvəz edir.

İspaniyanın 36 il hakimiyyətdə olan diktatoru General Franko ölkəni idarə etməyin sirrinə “3 F” adı vermişdi: Fadu (musiqi), Fiesta (əyləncə), Futbol.

Nəhəng beşik!

İnsanları yatırtmağın ən əla üsulu.

İspaniya futbolu bugün ona görə dünyanın lider futbol klublarını meydana çıxara bilib.

Ən əsası, futbol klubları çirkli pulların yuyulma yeridir.

Milyarderlərin və qlobal işlərin çirkli pulları burada safa çıxır.

Xalqın mərc oyunlarına atdıqları iki-üç manat pul bu yuyulma prosesinin bir çimdik yuyucu tozu sayılır, vəssalam".

Uyğunlaşdıran: Eminquey

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu