“Neftçi”də mühüm post tutdu, öz biznesini qurdu: “Oturub kimdənsə iş istəmək mənlik deyil”

11 Aprel 20:00 Hadisə 3 734
“Neftçi”də mühüm post tutdu, öz biznesini qurdu: “Oturub kimdənsə iş istəmək mənlik deyil”

“Belə bir şirkət yaratmaq çoxdan beymimdə var idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

O, artıq “Topsport” menecerlik şirkətinin sahibidir. Uzun illərdir bu sahədə çalışan və özünü təsdiqləyən Sulatnov növbəti proyekti barədə saytımıza məlumat verib:

“Bir müddət gözlədim ki, əlaqələrimi gücləndirim, lazım olan şirkətlərlə əməkdaşlıq edim. Son 10 gündə bu barədə daha çox fikirləşirdim və nəhayət, belə şirkət açmağı məqsədəuyğun saydım.

Bu, mənim öz işimdir. Inanıram ki, illər keçdikcə bunu Azərbaycanda böyük bir şirkətə çevirə biləcəm.

Məqsəd Azərbaycan, Avropa və Afrika bazarları olacaq. Perspektivli azərbaycanlı futbolçuları ölkədən çıxarmağa çalışacam.

Nə dərəcədə olacaq, bunu hələ deyə bilmərəm. Afrikada və Avropada skautlarım var.

Oturub kimdənsə iş istəmək mənə görə deyil. Mən də görürəm ki, indiki dönəmdə hərə gərək öz işini qursun.

Gələcəkdə problemlərlə üzləşməmək üçün bu, çox vacibdir. Necə deyərlər, gərək özün-özünə ağa olasan.

Bir az vaxt lazımdır, futbolçuların özləri zəng vurub bu şirkətlə işləmək istəyəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti