Qol vurmasına peşman oldu – Futboldan uzaqlaşdırıldı

16 Fevral 2024 03:30 Hadisə 917
Qol vurmasına peşman oldu – Futboldan uzaqlaşdırıldı

Ruanda klubu "Rayon”un futbolçusu Heritier Luvumbu "Polis”lə matçda vurduğu qoldan sonra komandadan qovulub.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun qol sevincinin xüsusi şəkildə qeyd etməsi olub.

Belə ki, oyun zamanı cərimə zərbəsindən vurduğu qoldan sonra sol əli ilə ağzını bağlayıb və digər əli ilə nişan alıb. Bu hərəkəti siyasi mesaj kimi qəbul edildiyindən 29 yaşlı konqolu futbolçunun müqaviləsinə xitam verilib.

İlk açıqlamasında Luvumbunu qınayan klub, daha sonra onunla yolların ayrıldığını bildirib.

Ruanda Futbol Federasiyası da futbolda siyasi simvol və ya sözlərdən istifadənin qadağan olması əsası ilə yarımmüdafiəçini altı ay müddətinə futboldan uzaqlaşdırıb.

Konqo Demokratik Respublikası ilə Ruanda arasında gərginlik ötən ildən artmaqdadır. İki ölkə bir-birini öz sərhədləri daxilində üsyançıları dəstəkləməkdə ittiham edir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"