Bakıda ailəsinin 5 üzvünü öldürən idmançı imiş… VİDEO+FOTOLAR

14 Fevral 2024 08:40 Hadisə 3 315
Bakıda ailəsinin 5 üzvünü öldürən idmançı imiş… VİDEO+FOTOLAR

Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”ya dəhşətli hadisənin bəzi təfərrüatları bəlli olub.

Məlumata görə, Əhməd vaxtilə idmanla məşğul olub. Sonradan idmanda aldığı zədə onun sağlamlığına ciddi təsir edib. Bu səbəbdən 25 yaşlı gəncin mütəmadi olaraq Psixiatriya Xəstəxanasında yatdığı bildirilir.

ehmed-ailesinden-evvel-bacisi-ile-qizini-da-oldurub

Ailəni tanıyanların sözlərinə görə, Əhməd onlarla birgə yaşamayıb, onun üçün hətta avtomobil alınıb, başqa evdə yaşamasına da şərait yaradılıb.

Hadisə baş verən gün səhər tezdən Əhməd marketdən bıçaq istəyib. Lakin ilk girdiyi marketdən bıçaq ala bilmədiyi üçün başqasına yollanıb.

O, axşamtərəfi əvvəlcə atasını öldürüb. Daha sonra əli qanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğui məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb.






aile-faciesinden-geriye-qalan

Bu zaman market işçiləri polisə məlumat verib. Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb.

Əhməd Əhmədovun daha bir cinayəti məlum olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

Əhməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Əhməd 59, 191 və 272 saylı məktəblərdə təhsil alıb. O, bir müddət Rusiyada da yaşayıb.

Fotoda Əhmədin atası Mehman Əhmədov

Fotoda Əhmədin anası Pikə Əhmədova

Fotoda Əhmədin bacısı Elmira Əhmədova

Fotoda Elmira qətlə yetirilən qızı ilə

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!