AFFA onun bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatın məkanını dəyişib.
8-14 yaşlılardan ibarət komandaların birinciliyinin «Neftçi»nin yeni təmirdən çıxmış keçmiş bazasında təşkil olunmasına başlanıb.
Bu, bilavastə federasiyanın baş katibi Sərxan Hacıyevin təşəbbüsü və səyi ilə gerçəkləşib.
O, məşqçi və valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, çempionat oyunlarının daha yaxşı şərtlər/şərtlər daxilində düzənlənməsinə qərar verib.

Buna kimi oyunların ünvanı Hövsan Olimpiya Kompleksinin stadionu idi. Qəsəbə Bakının mərkizində xeyli kənarda yerləşdiyindən, azyaşlı uşaqların səhər saatlarında ora yollanması ciddi problemə çevrilmişdi.
Həm məsafənin uzaqlığı, həm də yolda tıxacın olması hamını zinhara gətirmişdi. Üstəlik, stadionun süni qazonunun tamamilə sıradan çıxması nəticəsində xeyli sayda zədə faktı qeydə alınırdı.
Uşaq və yeniyetmələri Hövsana «sürgün eləmək» Elxan Məmmədovun ideyasıdır.

O, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olduğu uzun illər boyunca azyaşlı uşaqları bu yolla sevimli idman növündən uzaq salıb, onların ağır zədə almasına, şikəst olmasına göz yumub, əvəzində qarğış qazanıb.
Sərxan Hacıyev onun açdığı «cığır»la getmək istəmir. Ona görə də gücü çatdığı qədər bu sahədəki problemlərin həllinə səy göstərir.
Azərbaycan Cüdo Federasiyası (ACF) ilə aparılan danışıqlar da buna xidmət edib. Çünki el arasında «Neftçi»nin keçmiş bazası kimi tanınan mərkəz hazırda ACF-nın balansındadır.
ACF burada yerləşən futbol meydançasının qazonunu bir müddət əvvəl yenisi və daha keyfiyyətlisi ilə əvəzləyib.
SPORTNFO.AZ

