Azərbaycan toylarında bu şounun göstərilməsi ləğv edilib? - VİDEO

8 Fevral 2024 18:50 Hadisə 623
Azərbaycan toylarında bu şounun göstərilməsi ləğv edilib? - VİDEO

Bakıda toyda gözlənilməz hadisə baş verib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.

Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi.

Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid edərək obyekt sahiblərini təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qınayıblar.

Ümumiyyətlə qapalı məkanlarda, restoran və şadlıq saraylarında açıq alovdan və ya qığılcım yaradan alətlərdən istifadə ilə şouların təşkil edilməsi, atəşfəşanlıq yanğın təhlükəsizliyi baxımından yolverilməzdir.

Paytaxtda yerləşən şadlıq evlərinin bir neçəsindən verilən məlumata görə, artıq bəzi şadlıq evlərində bu, qadağan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"