Əmisi oğluna təzminat ödəyəcək – Onu bıçaqladığı üçün

8 Fevral 2024 00:20 Hadisə 531
Əmisi oğluna təzminat ödəyəcək – Onu bıçaqladığı üçün

“Spartak”ın hücumçusu Kvinsi Promes bıçaqladığı əmisi oğluna təzminat ödəyəcək.

Sportinfo.az xəbər verir ki, Promesin əmisi oğluna ödəyəcəyi məbləğ hələlik müəyyən edilməyib.

Lakin zərərçəkənin vəkili Yehudi Moşkoviç böyük məbləğdə pul tələb edəcəklərini bildirib.

Promes ona qarşı irəli sürülən bütün ittihamları rədd etdiyi üçün futbolçunun məhkəmə qərarını yerinə yetirməsi və pul təzminatı ödəməsi çətin görünür.

Ötən ilin iyun ayında Promes haqqında 18 aylıq həbs qərarı verilmişdi. Lakin futbolçu buna görə apellyasiya şikayəti vermişdi.

İddiaya görə, Promes 2020-ci ildə baş tutan şənlik zamanı əmisi oğlunu bıçaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"