Radio binasında “artsax bayrağı” gördü, bunu etdi

7 Fevral 2024 18:50 Hadisə 1 009
Radio binasında “artsax bayrağı” gördü, bunu etdi

Bir qədər əvvəl Ermənistanın “İctimai” radiosuna müsahibə verən Baş nazir Nikol Paşinyanın davranışı müzakirələrə səbəb olub.

Bu barədə sözügedən radionun əməkdaşları mediaya məlumat sızdırıblar.

Belə ki, Paşinyan müsahibə üçün gəldiyi binaya daxil olarkən orada məhv olmuş qondarma rejimin “bayrağ”ını görüb və radionun əməkdaşlarına onu endirməyi əmr edib.

Radio işçiləri qondarma “bayrağı” endiriblər, müsahibə bitdikdən sonra isə yenidən binaya asıblar. Lakin əraziyə gələn səlahiyyətli şəxslər Paşinyanın xəbərdarlığını radio rəhbərliyinə çatdırıb. Bundan sonra əsgi parçası binanın önündən yığışdırılıb.

Sözügedən məsələ Ermənistan müxalifəti arasında ciddi müzakirələrə səbəb olsa da, cəmiyyətin Qarabağ məsələsinə əvvəlki həssaslıqla yanaşmadığı, bu hadisəyə də reaksiya vermədiyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!