Ronaldonun ad gününü təkcə bu klub təbrik etmədi

7 Fevral 2024 15:20 Hadisə 684
Ronaldonun ad gününü təkcə bu klub təbrik etmədi

Kriştiano Ronaldonun 39 yaşı tamam olub.

Sportinfo.az xəbər verir ki, ulduz futbolçunun daha əvvəl oynadığı “Sportinq”, “Mançester Yunayted” və “Yuventus sosial şəbəkələrdə Ronaldonu təbrik ediblər.

Madrid “Real” isə onu ad günü münasibətilə təbrik etməyən yeganə keçmiş klubu olub.

Xatırladaq ki, hücumçu 2009-2017-ci illərdə “Real”da çıxış edərək klub tarixinin bombardiri olub.

Madrid komandasının tərkibində dörd dəfə Çempionlar Liqası, iki dəfə İspaniya çempionatı, ölkə kuboku və Superkubok, həmçinin UEFA Superkubokunun qalibi olub. O, həmçinin üç dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Hazırda Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda oynayır. Bu mövsüm o, bütün yarışlarda 25 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"