İtkin kimi axtarılan qazi bu qəzada ölübmüş - FOTOLAR

7 Fevral 2024 15:30 Hadisə 617
İtkin kimi axtarılan qazi bu qəzada ölübmüş - FOTOLAR

Fevralın 4-də Yevlaxda itkin düşən 29 yaşlı Tunar Məmmədovun qəzada vəfat etməsi məlum olub.

Vətən müharibəsi iştirakçısı olan Tunarın idarə etdiyi "VAZ-21014" markalı minik avtomobili həmin gün Yevlaxın Salahlı kəndi ərazisində yoldan çıxaraq su kanalına düşübmüş.

T.Məmmədovun meyiti tapılaraq ailəsinə təhvil verilib.

Tunar Habil oğlu Məmmədov müharibədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi iştirak edib, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Onun əmisi Azər Məmmədov 1995-ci ildə, bibisi oğlu Ədil Ədilzadə isə Vətən müharibəsində şəhid olub.


Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"