Tərtərdə minaya düşən gəncin son vəziyyəti necədir?

7 Fevral 2024 12:10 Hadisə 552
Tərtərdə minaya düşən gəncin son vəziyyəti necədir?

Tərtər rayonunda minaya düşən Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadənin vəziyyəti açıqlanıb.

Üç gün əvvəl minaya düşmə səbəbi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 2001-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

H.Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasını bitirib. 90 baldan yuxarı fərqlənmə diplomu ilə məzun olan gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"