“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Ölkə Başçısı İlham Əliyevlə bağlı xatirəsini izləyiciləri üçün paylaşıb.
İnstaqram hesabından yayımlanan video da Prezidentin bir neçə il əvvəl “Qarabağ” klubunu qəbul etdiyi zaman Sadıqovun ünvanına səsləndirdiyi xoş sözlər yer alıb.
Gənc mütəxəssis videoya “Hər bir vətəndaşa dəyər verən Prezident” başlığını seçib.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
O, bununla seçikilərdə səs verəcəyi namizədə öz dəstəyini aşkar şəkildə göstərmiş olub.
Xatırladaq ki, Azərbaycanın müstəqillik tarixində 8-ci dəfə prezident seçkiləri keçirilir. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.
Seçkilərdə 7 namizəd iştirak edir. Bunlar hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

