Bakıda qorxulu film səhnələrini xatırladan qəza - VİDEO

6 Fevral 2024 15:50 Hadisə 751
Bakıda qorxulu film səhnələrini xatırladan qəza - VİDEO

Bakının mərkəzində ağır yol qəzası baş verib.

Hadisə fevralın 3-də qeydə alınıb. Küçələrdən birində sürətlə hərəkət edən minik avtomobili “Toyota Prius” markalı avtomobilə arxadan çırpılıb.

Zərbənin təsirindən həmin avtomobil havaya qalxıb və təhlükəli şəkildə yerə çırpılıb.

Patrul.az-a istinadən həmin anları əks etdirən görüntüləri təqdim edirik:

Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə fevralın 3-ü saat 23 radələrində Nərimanov rayonunun Həsən Əliyev küçəsində baş verib:

“Faw” markalı nəqliyyat vasitəsinin sürücüsü əvvəlcə “Toyota Prius”, daha sonra isə “Mercedes” və “Toyota Prado” markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Bu kimi xoşagəlməz halların baş verməməsi üçün sürücülər qaydalara ciddi əməl etsinlər, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"