“Məni rahat buraxın, kart oynamaq, pivə içmək istəyirəm”

4 Fevral 2024 21:15 Hadisə 648
“Məni rahat buraxın, kart oynamaq, pivə içmək istəyirəm”

“Real”ın keçmiş vingeri Eden Hazard komandanın sabiq futbolçusu Kriştiano Ronaldo ilə eyni idman mentalitetinə sahib olmaq istərdimi sualını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, belçikalı keçmiş oyunçu onu rahat buraxmaqlarını istəyib:

“Yox. Elə olsa, artıq mən olmazdım. Ronaldo kimi hər şeyi etsəydim, canımı yandırardım.

Bir matçdan sonra soyuq vannada bir saat mənim üçün deyil. Məni rahat buraxın, dostlarımla vaxt keçirmək, evə getmək, kart oynamaq, pivə içmək istəyirəm.

Uşaqlarımla iki saat bağda oynadım. Bu, mənim oyundan sonra sağalmağım idi”.

Hazard peşəkar karyerasını ötən ilin oktyabrında, 32 yaşında başa vurub. O, 2019-cu ildə “Çelsi”dən “Real”a keçəndən sonra müntəzəm olaraq zədə almağa başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!