Messinin şəxsi mühafizəçisi buna icazə vermədi - İNSİDENT

4 Fevral 2024 10:40 Hadisə 1 150
Messinin şəxsi mühafizəçisi buna icazə vermədi - İNSİDENT

“İnter Mayami”nin hücumçusu Lionel Messinin şəxsi mühafizəçisi insidentdə iştirak edib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçunun mühafizəçisi komanda Honq-Konqa çatdıqdan sonra yerli təhlükəsizlik xidmətinin nümayəndəsi azarkeşlər tərəfindən oyunçuya hücumların qarşısını almaq üçün Messiyə yaxınlaşmağa çalışsa da, arxada gedən mühafizəçi təhlükəsizlik əməkdaşına bunu etməyə icazə verməyib.

Messinin mühafizəçisi təhlükəsizlik nümayəndəsini kəskin şəkildə itələyib.

Messinin şəxsi mühafizəçisi onu hansısa arzuolunmaz əlaqədən qorumaq üçün bütün “İnter Mayami” matçları zamanı yan xətt boyunca qaçır.

O, İraq və Əfqanıstanda döyüş təcrübəsi olan, döyüş sənətinə yiyələnən və bir neçə MMA döyüşlərində iştirak edən ABŞ ordusunun keçmiş xüsusi təyinatlı əsgəri Yasin Çuekodur.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"