Murad Musayev ölkəmizdə çalışdığı 26 ay müddətində futbol ictimaiyyətinin sevgisini qazanmağı bacarmışdı.
Məşqçilik keyfiyyətləri, çılğınlığı, özünəməxux danışıq tərzi, hakimlərin “sevimlisinə” çevrilməsi – Musayev yaddaşlarda bu cür qaldı.
Odur ki, “Qarabağ”a 1:7 hesablı ağır məğlubiyyətdən sonra “Sabah”ın baş məşqçi postundan istefa verməsi hər kəsdə təəccüb doğurdu.
İndi hamı şəninə təriflər yağdırır, güclü məşqçi olduğundan söz açır.
Dəstək verənlərin arasında “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov da var.
41 yaşlı mütəxəs sosial media hesabında Murad Musayevlə oyunlar zamanı kameraların obyektivinə tuş gələn görüntülərini paylaşaraq bu sözləri yazıb:
“Sizinlə rəqib olmaq maraqlı idi. Gələcək karyeranızda uğurlar arzulayıram”.
Maraq üçün bildirək ki, Sadıqovla Musayev baş məşqçi qismində Premyer Liqada 10 dəfə üz-üzə gəlib. Duellərin 5-də “Sabah”ın, 3-də “Zirə”nin baş məşqçisinin üzü gülür. 2 halda bərabərlik qeydə alınıb.
HƏBİB
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

