Qarabağın qondarma idman nazirinə yeni “vəzifə” verildi

3 Fevral 2024 03:50 Hadisə 767
Qarabağın qondarma idman nazirinə yeni “vəzifə” verildi

Qondarma Dağlıq Qarabağ respublikasının keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Lusine Karaxanyan erməni şair Hovhannes Tumanyanın ev-muzeyinin direktoru vəzifəsinə təyin edilib.

Sportinfo.az xəbər verir ki, Karaxanyan bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Tumanyanla uşaqlığa qayıtmaq və onu yenidən qiymətləndirmək, itirilmiş şeylərlə barışmamaq və imtina etməmək daha asan olacaq...”,-o yazıb.

O, təklif olunan vəzifəyə görə təşəkkür edib və qeyd edib ki, bütün ermənilərin şairinin xatirəsini yeni nəsillərə ötürməklə muzeyin kollektivi ilə birgə fəaliyyət göstərmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"