Yüksək vəzifəyə təyin olundu

3 Fevral 2024 03:10 Hadisə 552
Yüksək vəzifəyə təyin olundu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb.

Bildirilib ki, rektor Fuad Hacıyev prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.

Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.

ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!