Qarabağda şəhid olan Xəzərin qızı doğuldu - FOTO

1 Fevral 2024 21:50 Hadisə 647
Qarabağda şəhid olan Xəzərin qızı doğuldu - FOTO

Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib.

Bakıda doğulan körpəyə Humay adı verilib.

Humayın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

X.Zamanov 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olub.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti