AFFA Hakimlər Komitəsinin tərkibində yaradılan departamentin rəhbəri Cavid Cəlilov cəzalandırılıb.
Premyer Liqaya təyinat alan referi 5 turluq «məcburi istirahət»ə göndərilib.
Buna səbəb çempionatın 18-ci turunda idarə etdiyi «Zirə» - «Qarabağ» matçında (0:1) ciddi səhvlərə yol verməsidir.
Belə ki, o, Cəlilov dekabrın 24-də keçirilən qarşılaşmada ev sahiblərinin əleyhinə yanlış qərarlarla yadda qalıb. Məsələn, «Qarabağ»dan Julio Romao ilə Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərməyə cəsarət etməyib.
Belədə Hakimlər Komitəsinin sədri Barış Şimşeyin köməkçisini cəzalandırmaqdan başqa əlacı qalmayıb. Cavid Cəlilov o tarixdən bəri Premyer Liqaya baş hakim olaraq təyinat almayıb.
O, hələ Xaqani Məmmədovun dövründən Hakimlər Komitəsində çalışır. O, 2015-ci ildə komitədən kənarlaşdırılan Yaşar Abbasovun yerinə mütəxəssis vəzifəsinə cəlb olunub.
Daha əvvəl Uşaq Futbol Departamentində çalışıb. Hakimlər Komitəsində də əsasən aşağı yaş qruplarından (U-17-yə qədər) ibarət liqalar üzrə təyinatların icrasına nəzarət edib.
Frittz Stuxlikin 2018-ci ilin sentyabrında sədr postuna təiynatından sonra ona köməkçi təyin olunub. İngilis dilini bilən Cəlilov bir növ tərcüməçi işini də yerinə yetirib.
SPORTİNFO.AZ

